İlkin Manafov

Yanvar, 2012

Azərbaycan mebel sənayesi – inkişaf perspektivləri

  • 2012/01/24
  • 1

Ölkədə mebel sənayesinin inkişafı məsələlərindən danışdıqda, ilk növbədə mebel istehsalı üçün əsas xammal hesab edilən ağac ehtiyatlarının gıtlığı mövzusu gündəmə gəlir. Həqiqətən Azərbaycan yaşıl ölkələr siyahısına aid edilə bilməz. Respublika ərazisinin yalnız 11,2 % meşə örtüyü təşkil edir. Burada iki məqam diqqəti cəlb edir. Birincisi heç kimə sirr deyil ki, Azərbaycanın iqlim şəraiti nadir və çox keyfiyyətli ağac növlərinin əkilməsi üçün əlverişlidir və ölkədə düzgün ekoiqtisadi model işlənib hazırlansa yaxın gələcəkdə Azərbaycanın meşə ehtiyatlarını dəfələrlə artırmaq olar. Ikincisi inkişaf etmiş ölkələrin təcrübsi göstərir ki, beynəlxalq rəqabət qabiliyyətli mebel istehsal etmək üçün əsas şərt xammal yox, ölkədə muasir texnoloji avadanlıqların mövcudluğu və düzgün marketinq strateqiyasıdır. Statistikaya nəzər salaq: Dünya ağac ehtiyatlarının 25%-dən çoxu Rusiya Fedarasiyasının ərazisində yerləşdiyinə baxmayaraq, mebel sənayesinin zəif inkişaf etməsi nəticəsində Rusiya dünya mebel bazarının cəmi 2%-ni istehsal edir. Eyni zamanda ərazisinin yalnız 14%-i meşə örtüyü olan və mebel sənayesi üçün ilkin xammalın 97%-ni idxal edən Çin Respublikası, dunya mebel bazarının 9,4%-ni təmin edir. Əhalisi cəmi 2 mln. olan, mebel üçün xammalın 94% idxal edən Sloveniya isə, ildə 600 mln. $ məbləğində mebel ixrac edir! Bəs ölkədə mebel sənayesini necə inkişaf etdirmək olar?!